İran XİN: Moskva, Ankara və Tehran Suriya məsələsində ortaq məxrəcə yaxındır

"Türkiyənin Suriyada apardığı istənilən əməliyyat beynəlxalq normalara uyğun olmalıdır". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri İran xarici işlər nazirinin müavini Hüseyn Caber Ənsari deyib.

 

O bildirib ki, Türkiyənin öz sərhədlərindən kənarda apardığı istənilən əməliyyat və tədbir əməliyyatın aparıldığı ərazidəki  mərkəzi hökumətlə razılaşdırılmalıdır.

 

H.C.Ənsari əlavə edib ki, Rusiya, İran və Türkiyənin Suriya məsələsinin həllində mövqelərinin yaxınlaşması üçün zəmin mövcuddur. “Bu baxımdan biz daha çox qarşılıqlı anlaşma, bir-birilərinin mövqelərini anlama və bu böhrandan çıxış üçün birgə səyin ortaya qoyulması istiqamətində işləyirik” - deyə, diplomat vurğulayıb.

 

Nazir müavini qeyd edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli ola bilməz.

Xatırladaq ki, hazırda Suriyada davam edən atəşkəsə sentyabrın 10-da Cenevrədə ABŞ və Rusiya xarici işlər nazirləri Con Kerri və Sergey Lavrov arasında baş tutan danışıqlar zamanı əldə olunub.

7 günlük atəşkəsin daha iki sutka uzadılması barədə də razılığa gəlindiyi barədə məlumatlar yayılıb.

Müəllif | Apa.Tv
Apa.tv