Rio - 2016: Üzgüçümüz gümüş medal qazandı
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley yığmamıza növbəti uğuru qazandırıb.
APA TV-nin məlumatına görə, təmsilçimiz arxası üstə üzmə yarışında gümüş medala sahib olub. Finiş xəttinə ikinci çatan Saley 100 metr məsafəni 1:00,91 saniyəyə qət edib.
Qeyd edək ki, bundan əvvəl o, batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstərib. Ötən gün isə Romanın qardaşı Dmitri Saley 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb.