Almaniyada yerli sakinlərlə miqrantlar arasında kütləvi dava

Almaniyanın Bautsen şəhərində yerli sakinlərlə miqrantlar arasında kütləvi dava olub.

 

APA TV-nin "Vesti.Az"a istinadən məlumatına görə, münaqişədə 80 nəfər yerli sakin, iyirmiyə yaxın miqrant iştirak edib.

 

İlkin məlumatlara görə, yaranan münaqişənin səbəbkarı miqrantlar olub. Hadisə yerinə 100 polis əməkdaşı cəlb edilib. Tərəfləri yalnız polisin müdaxiləsindən sonra sakitləşdirmək mümkün olub.

 

Yerli polis orqanlarından faktla bağlı araşdırma aparıldığı bildirilib. 

Müəllif | Apa.Tv
Apa.tv