"Anderlext" - "Qəbələ" oyununda 4 qol!

Azərbaycan təmsilçilərindən "Qəbələ" də Avropa Liqasında qrup mərhələsinə start verib. APA TV-nin məlumatına görə, Romaq Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirib.

 

“Qırmızı-qaralar” “Anderlext”ə qonaq olublar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” səfərə xal iddiası ilə yollansalar da, buna nail ola bilməyiblər.

 

Hesab 14-cü dəqiqədə açılıb. Teodorşuk fərqlənib.

 

Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib.

 

Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İlk hissə bu hesabla başa çatıb.

 

İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

 

Müəllif | Apa.Tv
Apa.tv