NZS qəsəbəsində "Mercedes" 3 piyadanı vurdu

Nizami rayonunda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, rayonun NZS qəsəbəsinin Oktay Vəliyev küçəsində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub.

 

Hadisədən sonra qəzanı törədən sürücü ərazidən uzaqlaşıb. Yaralılar - 24 yaşlı Anar Bağırov və əkiz qardaşlar Fuad və Fərid İsmayılzadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisi tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb, zərərçəkənlərin ifadələri alınıb.

 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

Müəllif | Apa.Tv