Ər üç uşaq anasını ölümcül yaraladı - CİNAYƏT
Ağsu rayonunda 3 azyaşlı anası həyat yoldaşı tərəfindən bıçaqlanıb. 1989-cu il təvəllüdlü Səadət Əliyeva sözlərinə görə, onu həyat yoldaşı, Padar kənd sakini, 1984-cü il təvəllüdlü Zeynal Əliyev bıçaqlayıb.
Döş qəfəsinin daxilə keçən kəsilmiş yarası, ağ ciyərin zədələnməsi diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Səadət Əliyevanın vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Valideyinlərin sözlərinə görə, üç uşaq anası olan Səadət Əliyeva qısqanclıq zəminində həyat yoldaşı ilə arasında baş verən ailə münaqişəsi zamanı bıçaqlanıb. O, həm də əri tərəfindən 2-ci dəfədir ki, ölümcül bıçaqlanır. Həkimlərin səyi nəticəsində bu dəfə də onun həyatı xilas olunub.
Məlumata görə, rayonun Padar kəndində yaşayan gənc ailə bir neçə vaxtdır ki, Ağsu şəhərində Səadət Əliyevanın atasına məxsus evdə yaşayır və bıçaqlanma hadisəsi də elə həmin mənzildə baş verib. Ağsu rayon Polis Şöbəsindən APA TV-yə bildiriblər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.
Faktla bağlı araşdırma aparılır.