Türkiyədə PKK-dan xain hücum: 9 şəhid

Türkiyənin Ağrı vilayətində PKK terrorçularının qoruyucu mövqelərinə hücumu nəticəsində 9 nəfər şəhid olub, 5 nəfər yaralanıb.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, terrorçular Ağrının Doğu Bəyazid və Vanın Çaldıran rayonları arasındakı mövqeləri atəşə tutublar. Nəticədə 7 qoruyucu, 1 çavuş və bir əsgər şəhid olub, 3 hərbçi və 2 mülki şəxs isə yaralanıb.

 

Ağrı valiliyindən verilən açıqlamada terrorçuların hədəflərinə artilleriya silahlarından atəş açıldığı və yaralıların Doğubəyazid xəstəxanasına çatdırıldığı bildirilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv