Tarık Akan dünyasını dəyişdi

Türkiyənin məşhur aktyoru Tarık Akan vəfat edib.

 

APA TV-nin məlumatına görə, Yeşilçam filmlərinin əfsanəvi aktyorlarından olan Tarık Akan xərçəng xəstəliyindən dünyasını dəyişib. 66 yaşlı sənətçi uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparıb.

 

İstanbulda doğulan Tarık Akan aktyorluğa 1970-ci ildə başlayıb. Onlarla filmdə rol alan, çoxlu film mükafatlarının laureatı olan aktyor Azərbaycanda da sevilib.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv