Avro ucuzlaşdı, rubl və lirə bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, ABŞ dollarının məzənnəsi sentyabr ayının 14-ü ilə müqayisədə dəyişməyərək 1,6375 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8406 manatdır.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1671 manatdır. Beləliklə, funt sterlinq də ucuzlaşma nümayiş etdirib.

 

Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisinin məzənnəsi isə dəyişməyib. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 30 qəpik, 100 türk lirəsi 55 manat 16 qəpik, 100 Gürcüstan larisi 70 manat 89 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv