Dəmirtaşın köməkçisi həbs olundu
Türkiyədə PKK-ya üzv olmaqda günahlandırılan üç HDP rəsmisi həbs olunub.
APA TV-nin məlumatına görə, aralarında HDP həmsədrinin köməkçisi Alp Altınörs, Tokat vilayət təşkilatının həmsədri Kadir Akkaya, Mərkəz qəsəbə təşkilatının sədri Erdal Bektaşın da olduğu 16 şəxs üç gün əvvəl saxlanılıb.
Saxlanılanlar ötən gün hakim qarşısına çıxarılıb. Onlar "terror təşkilatına üzv olmaq" və "terror təşkilatına insanları cəlb etmək"də günahkar bilinib. Adları çəkilən üç HDP rəsmisi və 9 digər şəxs haqqında həbs qərarı çıxarılıb. Dörd nəfər isə polis nəzarətinə verilmək şərti ilə azad olunub. Həbs olunanlar Çamlıbel həbsxanasına göndərilib