Hacıqabulda şadlıq evində FACİƏ

Hacıqabulda “Aynur” şadlıq sarayında toy mərasimi zamanı kloun atəşfəşanlıq fuşəngi ilə düzgün rəftar etmədiyindən fişəng onun əlində partlayıb. Nəticədə Şirvan şəhər sakini Xəqani küçəsi 2, ünvanında yaşayan 42 yaşlı Məhəmməd Zakir oğlu Abdullayev xəsarət alaraq Şirvan şəhər xəstxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun üzərundə cərrahiyyə əməliyyatı aparılıb və sağ qolunun dirsəkdən aşağı üçdə biri  amputasiya olunub.

 

APA TV-nin xəbərinə görə, həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı