Canlı efirdə Trampın saçını yoldular - PARİK ŞÜBHƏSİ

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp telekanallardan birində əyləncəli şounun qonağı olub.

 

APA TV-nin məlumatına görə, NBC-də yayımlanan proqramın aparıcısı Cimmi Fellonla milyarder arasında məzəli söhbətlər olub.

Verilişin sonunda şoumen Trampın saçlarının hər zaman insanlar arasında gülüş və zarafat obyekti olduğunu, karikaturaçıların da məhz onun saçlarını daim hədəf götürdüyünü bildirib.

Daha sonra isə Cimmi Fellon Trampın saçlarının parik olmasından şübhələndiyini bildirib və bunu özü yoxlamaq istədiyini deyib.


Razılıq verən milyarder efirdən 1 saat sonra Nyu-Hempşirdə görüşünün olacağını və bu təklifin yerinə düşdüyünü deyərək, başını şoumenə tərəf uzadıb.

Trampın saçlarını qarışdıran aparıcı onların parik olmadığına əmin olub. Tramp isə saç düzümünün pozulmasından sonra gülməli görkəm alıb.



 

Müəllif | Apa.Tv
Apa.tv