Bakıda daha bir avtobus qəzası
Nərimanov rayonu ərazisində, "Funda" Tibb Mərkəzinin qarşısında 26 saylı xətt üzrə hərəkət edən avtobusla "Nissan" markalı avtomobil toqquşub.
APA TV-nin xəbərinə görə, sonuncu dayanacağa çatdığı üçün avtobusun içində 4 sərnişin olub.
Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Belə ki, qəzadan sonra avtobus yol kənarında quraşdırılan DİN-in 102 kamerasının dirəyinə çırpılıb. Şahidlərin sözlərinə görə, avtobusun sürücüsü yolayrıcından çıxan "Nissan"ı görməyib.
Hər iki avtomobil evakuatorların köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb.