Merkel: "Avropa İttifaqında vəziyyət kritikdir"
"Avropa İttifaqındakı mövcud problemləri yalnız bircə görüşlə həll etmək mümkün deyil".
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirlər qurumun növbəti sammitində iştirak edən Almaniya kansleri Angela Merkel tərəfindən səsləndirib.
Kansler eyni zamanda ittifaqın durumunun hazırda kritik vəziyyətdə olduğunu açıqlayıb. O, həmçinin mövcud vəziyyətdən çıxmaq üçün gücləri birləşdirməyin son dərəcə vacib olduğunu qeyd edib.
Xatırladaq ki, bu gün Slovakiyanın paytaxtı Bratislavada Avropa İttifaqı ölkələrinin sammiti işinə başlayıb. Sözü gedən sammitin önəmini artıran məqamlardan biri onun İngiltərənin iştirakı olmadan keçirilməsidir.