Şirvanda evə basqın edən maskalı şəxs yaxalandı
Şirvanda evə quldur basqını edən maskalı şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan sakininin evinə quldur basqını edən şəhər sakini, 24 yaşlı Babayev Kamran Xanqulu oğlu şübhəli şəxs qismində saxlanılıb.
Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsinin rəisi Şaiq Məmmədov: "Kamran Babayev bu ilin 22 iyul tarixində Şirvan şəhəri Təbriz küçəsi, 20 ünvanına quldur basqını edərək, azyaşlıya xəsarət yetirməklə evdən 10 min manat nağd pul və min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb".
Kamran Babayev barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.