"Selfie" partlayışa səbəb oldu - BOMBALI TELEFON
Suriyalı müxalif döyüşçülərdən bir qrupu özünü partladıb. APA TV-nin məlumatına görə, ingilis "Daily Mail" qəzeti 30 saniyəlik video paylaşıb.
Videoda Azad Suriya Ordusuna mənsub bir qrup döyüşçü görünür. Bu qrupdan bir nəfər "selfie" çəkmək üçün telefonu çıxarır. Ancaq telefonun düyməsini basdığı anda otaqda partlayış baş verir.
"Selfie" çəkilən telefonun partlayış törədiləcək aparatla əlaqəli olduğu və bombanın düyməyə basıldığı an partladığı iddia olunur. Partlayışdan sonra yerə düşən kamera çəkməyə davam edir. Kameranın hadisədən sonra çəkməyə davam etməsi partlayışın gücünün zəif olması kimi izah olunsa da, içəridə olanların vəziyyəti ilə bağlı məlumat yoxdur.