ABŞ hərbçiləri Suriyadan Türkiyəyə qovuldu
Azad Suriya Ordusunun döyüşçüləri ABŞ hərbçilərini Çobanbəy qəsəbəsindən qovub. APA TV-nin məlumatına görə, bu barədə suriyalı müxaliflərə istinadən Türkiyə mətbuatı xəbər yayıb.
29 ABŞ hərbçisi Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxaliflər tərəfindən həyata keçiriləcək əməliyyata yardım üçün Çobanbəyə gəlmişdilər. Onlar əl-Bab şəhərinin alınması üçün keçiriləcək əməliyyat zamanı arxa cəbhədə döyüşlərə yardım etməli idilər. Ancaq Azad Suriya Ordusunun döyüşçüləri tərəfindən etirazla qarşılanan hərbçilər Türkiyəyə qayıtmağa məcbur olub.
Türkiyə sərhədinin 5 kilometrliyində yerləşən Çobanbəy qəsəbəsinə türk hərbçilərinin müşayiəti ilə gələn ABŞ hərbçiləri etiraz şüarları ilə qarşılaşıblar.