22 yaşlı oğlan sürdüyü "KAMaz"ı aşırdı: 3 YARALI

Oktyabrın 24-də saat 18.15 radələrində Bakı-Qazax yolunun 112-ci kilometrliyində Haçıqabul şəhəri ərazisində şirniyyat malları daşıyan KAMAZ markalı yük avtomobili idarəetməni itirərək yolun ortasındakı metal səddə çırpılaraq aşıb. Nəticədə sürücü, Füzuli rayon Hüseynbəyli kənd sakini 1991-ci il təvəllüdlü Familzadə Aqşin Möhübbət oğlu ağır vəziyyətdə, bel fəqərəsinin sınığı diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, oradan isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. Avtomobildə olan sərnişinlər  Füzuli rayonu Yuxarı Veysəlli kənd sakini 1982-ci il təvəllüdlü Mustafayev Davud Cəmil oğlu və İmişli rayonu Qaragüvəncli kənd sakini 1971-ci il təvəllüdülü Əliyev Eynulla Soltan oğlu döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.  Qəza nəticəsində ərzaq məhsullarının məxsus olduğu şirkətə ciddi maddi ziyan dəyib. APA TV-nin xəbərinə görə, faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı