Kiyevdə Rusiya səfirliyi yandırıldı

Ukrayna paytaxtında Rusiya səfirliyinə hücum olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, naməlum şəxslər gecə saatlarında səfirlik binasını pirotexniki vasitələrlə yandırıblar.

Fişənglər və petardalarla atəşə tutulan binada yanğın baş verib. Rusiya XİN iddia edib ki, hadisə zamanı əraziyə polis gəlməyib.

Xatırladaq ki, bu, Rusiya səfirliyinə Kiyevdə edilən ilk hücum deyil.

 

Müəllif | Apa.Tv
Apa.tv