İŞİD-in edam videolarının prodüseri öldürüldü

İŞİD terror təşkilatının edam videolarının prodüseri öldürülüb. APA TV-nin məlumatına görə, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada İŞİD liderlərindən olan terrorçunun Raqqada öldürüldüyü bildirilir.


"Dr. Vail" olaraq tanınan Vail Adil Hasan Selman əl-Fayad 7 sentyabrda Raqqaya təşkil olunan hücum zamanı öldürülüb", - deyə Pentaqon sözçüsü Peter Kuk qeyd edib.
 

"Dr. Vail" İŞİD-in işgəncə və edamlarını göstərən videoların prodüserliyini edirdi. Eyni zamanda o, terror təşkilatının "informasiya naziri" və İŞİD-in Ali Şurasının üzvlərindən olub.

Müəllif | Apa.Tv
Apa.tv