Dağlıq Qarabağda daha bir erməni əsgəri öldü

Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni hərbçisinin meyiti tapılıb. APA TV-nin erməni saytlarına istinadən verdiyi məlumata görə, meyit dünən aşkarlanıb.

Ölümcül güllə yarası alan əsgər Narik Qarnikoviç Patanyandır. O, gündüz saatlarında, təqribən saat 13:00 radələrində qətlə yetirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv