Yüksək sürətlə gedən “BMW” AŞDI, gənc oğlan hadisə yerində keçindi
Oktyabrın 24-də axşam saatlarında Bakı-Qazax magistral yolunun 335-ci kilometrliyində, Goranboy rayonun Dəliməmmədli şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdatrəsindən APA-TV-nin qərb bürosuna verilən məlumata görə, Goranboy rayon Borsunlu kənd sakini, 31 yaşlı Tanrıverdi Cəlilov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən maşını yolun kənarında aşırıb. Qəza zamanı avtomobildə olan Borsunlu kənd sakini, 28 yaşlı Qurban Əliyev ölüb, onun qardaşı, 31 yaşlı Səməndər Əliyev və sürücü ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların səhhətinin orta ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi sürət həddinin yüksək olması göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.