Ermənistanda şəhər merinə sui-qəsd edildi
Ermənistanda yüksək vəzifəli şəxs və qardaşı güllələnib. APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, Eçmiədzin şəhərinin meri və onun qardaşının olduğu maşın atəşə tutulub.
Hadisə gecə saatlarında İrəvan-Eçmiədzin yolunda qeydə alınıb. Kaen Qriqoryanı və qardaşını keçmiş mer Qraçik Abqaryanın qardaşı oğlu və Eçmiədzin rəhbərliyinə hazırkı namizəd Artur Tumanyan gülləbaran edib.
Maşından heç bir yara almadan düşən mer və qardaşı ilə qarşı tərəf əlbəyaxa olublar. Nəticədə atəş açanlar döyülüblər.
Sabiq mer Qraçik Abqaryan isə qardaşı oğlunun və Tumanyanın atəş açmasını təkzib edir.
"Heç bir silahlı insident olmayıb, əksinə, namizəd və qardaşım oğlu döyülüb".
Hazırda Eçmiədzində polis gücləndirilmiş rejimdə işləyir, döyülənlər isə xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.