Ermənistanda iki rus hərbçisi öldü, ikisi yaralandı
Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşüb. APA TV-nin "news.am" saytına istinadən verdiyi məlumata görə, hadisə Lori vilayəti ərazisində, Vanadzor-Spitak yolunda bu gün səhər baş verib.
20 yaşlı Rusiya vətəndaşının idarə etdiyi "Volkswagen Golf" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər ölüb, sürücü və daha bir nəfər isə müxtəlif xəsarətlər alıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.
Ölən və xəsarət alanların hamısının Rusiya hərbi bazasının hərbi qulluqçuları olduğu bildirilir.