Trampdan sonra Klinton da reytinqli şouda şok yaşadı
ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton telekanalların birində əyləncəli şou-proqramın qonağı olub.
APA TV-nin məlumatına görə, NBC-də şoumen Cimmi Fellonun qonağı olan xanım Klinton şoka düşüb.
Aparıcı studiyada Klintonla görüşən zaman ağzına respirator taxıb və əllərini spirtlə silib. Onun bu zarafatı Klintonun qəhqəhə çəkməsinə səbəb olub.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərinə iki aydan da az vaxt qalır. Namizəd xanım isə tez-tez xəstələnməklə və özünü nasaz hiss etməklə gündəmdədir. Bundan isə onun rəqibi digər namizəd Donald Tramp yararlanmağa çalışır.
Yeri gəlmişkən, bir gün əvvəl Tramp da Fellonun qonağı olub. Şoumen onunla da zarafat edərək, saçlarının parik olub-olmamasını yoxlayıb.