Hakkaridə PKK-çılarla atışma: 2 şəhid, 4 yaralı
Türkiyənin Hakkari rayonunda PKK terrorçuları ilə atışmada iki əsgər şəhid olub, dördü yaralanıb.
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, atışmada 4 terrorçunun öldürüldüyü bildirilir.
Atışma bu gün yerli vaxtla saat 11:00 radələrində baş verib. Əməliyyat keçirən əsgərlər PKK terrorçuları ilə qarşılaşıb.
Atışmada yaralanan dörd əsgər xəstəxanaya yerləşdirilib.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə təyyarə və helikopterlərin də iştirakı ilə əməliyyata başlanılıb.