İsmayıllı sakininin evindən 13 kq narkotik tapıldı

İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz olaraq əkilib-becərilməsi, hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mican kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Elnur Amil oğlunun yaşadığı evin həyətinə baxış keçirilib. Oradan 62 ədəd dibçəklərdə yetişdirilən marixuana, eləcə də evin yataq otaqlarından 13 kiloqram 230 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Elnur Məmmədov tutularaq istintaqa təhvil verilib və barəsində cinayət işi açılıb.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov