Prezident İlham Əliyev Sabirabadda pambıqçılarla görüşdü

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfərə gəlib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

 

Sonra prezident İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub. Dövlət başçısı pambıqçılarla görüşüb və söhbət edib.

Müəllif | Apa.Tv
Apa.tv