Qəbələdə atıcılıq növləri üzrə Dünya Kuboku yarışları keçirilir
Sentyabrın 18-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına start verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edir.
Medalların ümumi sayına görə hazırda Hindistan komandası 7 medalla birinci, Çin idmançıları 5 medalla ikinci, Norveç təmsilçiləri 3 medalla üçüncü yerdədirlər.
Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. İdmançılara qızıl, gümüş və bürünc medalları Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov təqdim edib.
Yarışlar sentyabrın 23-də başa çatacaq.