Tovuzda hamilə qadın dünyasını dəyişdi

Tovuzda hamilə qadın dünyasını dəyişib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Əyyublu kənd sakini, 1992-ci il təvəllüdlü Aytən İsmayılova Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Müayinə zamanı onun öldüyü məlum olub. Yaxınları A.İsmayılovanın telefonla danışdığı yerdə dünyasını dəyişdiyini bildiriblər.

 

Məlumata görə, iki övlad anası olan Aytən İsmayılova 3-cü övlada 6 aylıq hamilə olub.

 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv