Rio Paralimpiya Oyunları başa çatdı: Azərbaycan 11 medal qazanıb
"Rio-2016" XV Yay Paralimpiya Oyunlarında yarışlar başa çatıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən APA TV-yə verilən məlumata görə, milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.
Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib. Yarışlara Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə qatılıb. Onlardan 11-i ilk dəfə Paralimpiya Oyunlarında iştirak edib.
8 mükafatçıdan 7-si Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb.