Medvedev: Seçkilərdə qalib gəlmişik
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə ölkə üzrə seçicilərin 46,45 faizi iştirak edib.
APA TV-nin TASS agentliyinə istinadən xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Parlament seçkilərində “Vahid Rusiya” partiyası liderlik edir. Bülletenlərin 30 faizinin hesablanmasından sonra hakim partiya 52,05% səs toplayıb.
Liberal Demokrat Partiyasına seçicilərin 14,66, Kommunist Partiyasına 14,57, “Ədalətli Rusiya” isə 6,29 faizi səs verib. Digər partiyalar parlamentdə təmsil olmaq üçün minimal 5 faizlik həddi keçə bilməyiblər. Bunu Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib.
Rusiya prezidenti Vladimir Putin Moskvanın Lenin prospektində Elmlər Akademiyasının binasındakı 2151 saylı seçki məntəqəsində səs verib.