Xaçmazda 13 yaşlı məktəblini maşın vurdu
Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayon sakini 2003-cü il təvəllüdlü Teymurov Həzrət Zakir oğlunu maşın vurub.
O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məktəbliyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.