Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə döndü
Azərbaycandan bu il Həcc ziyarətində olmuş zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.
APA TV-nin məlumatına görə, ilk qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Bu gün daha bir təyyarə reysinin yerinə yetirilməsi gözlənilir. Digər reyslər isə sabah və növbəti günə nəzərdə tutulur.