Şabranda ev yandı, 4 yaşlı uşaq xəsarət aldı
Şabran rayonunda yanğın olub.
APA TV-nın şimal bürosunun məlumatına görə, hadisə nəticəsində rayon sakini, 1947-ci il təvəllüdlü Qasımov Nadir Feyzulla oğluna məxsus, ümumi sahəsi 100 kv. m olan evin 33 kv. m yanıb.
Yanğın nəticəsində ev sahibinin nəvəsi, 2012-ci il təvəllüdlü Qasımov Yusif Namiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.
Yanğının səbəbləri araşdırılır.