Azərbaycan prezidenti Minskə gedib - SƏFƏR

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

 

Azərbaycan Prezidentini MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Müəllif | Apa.Tv