Aydın Əliyev: "Avtomobillərin idxal rüsumunun azaldılması gündəmdə deyil"

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Tovuzda vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbula Ağstafa, Qazax, Gədəbəy və Şəmkir rayonlarından olan 50-yə yaxın sakin qatılıb. Görüşdə səslənən müraciətlərin əksəriyyəti məişət sertifikatının verilməsindəki problemlərlə bağlı olub. Komitə sədri Aydın Əliyev idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük rəsmiləşdirilməsi üzrə mütərəqqi metodların tətbiqinin, o cümlədən bütün əməliyyatların elektron qaydada aparılması zamanı vaxt itkisinin aradan qaldırılmasına müsbət təsir olacağını  vurğulayıb.

Həmçinin, görüşdə  bildirilib ki, Ağstafa rayonun Sadıxlı kəndində yeni keçid məntəqəsi ilə bağlı iki ildir ki, Gürcüstan Respublikası ilə danışıqlar aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli