PKK Türkiyədə 2-si hərbçi olmaqla 4 nəfəri qaçırdı
PKK terror təşkilatı Türkiyədə dörd nəfəri qaçırıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Hakkari-Çukurca yolu üzərindəki Doğanlı kəndi yaxınlarında yol kəsən terrorçular mülki şəxsə məxsus avtomobili saxlayıb.
Avtomobildə olan iki çavuş, sürücü və bir mülki şəxs terrorçular tərəfindən girov aparılıb. PKK-çıların yaxalanması üçün bölgədə əməliyyat başlanıb. Hakkari valisi Cüneyt Orhan Toprak xəbəri təsdiqləyib.