FES rəhbəri: "Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir"
Uçot dərəcəsinin ilin sonunadək artırılacağı gözlənilir. APA TV-nin məlumatına görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin direktoru Canet Yellen mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması üçün əsaslar güclənsə də, FES iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir.
“Hesab edirəm ki, uçot dərəcəsinin artırılması üçün arqumentlər mövcuddur. Lakin hələlik gözləməyə qərar verdik”, - deyə C.Yellen bildirib.
FES-in Açıq Bazar üzrə Federal Komitəsinin əksər üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılacağını gözləyirlər.