Keçmiş arvadını və qaynanasını qətlə yetirdi - DƏHŞƏTLİ QƏTL

Sumqayıtda dəhşətli qətll törədilib. Oktyabrın 24-də Sumqayıt şəhəri S.Bəhlulzadə küçəsində yaşayan Tehranə Emiyevanın evinə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş Zöhrab Hüseynov qısqanclıq zəminində bıçaqla əvvəlcə Tehranəni, sonra isə onun anası Ədilə Emiyevanı qətlə yetirib. Zöhrab Hüseynov könüllü olaraq Sumqayıt Şəhər Polis İdarəsinə gələrək təslim olub.

 

APA TV-nin xəbərinıə görə, Zöhrab Hüseynov ifadəsində göstərib ki, həbsdən cıxandan sonra ailəsi ilə barışmaq istəyib. Lakin qaynatası buna etiraz edib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq maddələri ilə məhkum olunduğundan kecmiş həyat yoldaşı da barışığa etiraz edib. 

 

Qisas almağı qarşısına məqsəd qoyan Zöhrab övladlarının məktəbdə olduğunu yəqin etdikdən sonra qaynatasının evinə gəlib.

 

Tehranə Emiyevanın atası hadisədən polislərin gəlişindən sonra xəbər tutub: "Oğluma dedim, getsin baxsın, nə olub. Dedi ki məhəllə polislə doludur. Qaça-qaça gəldim, məni icəri buraxmadılar".

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi acılıb. Əvvəllər məhkum olunduğunu da nəzərə alsaq, bu maddə ilə Zöhrab Hüseynovun ömürlük azadlıqdan məhrum olunaçağı istisna edilmir.

 

Müəllif | Apa.Tv