Bakıda həftənin son valyuta hərracı - NƏTİCƏ
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 61,4 milyon dollar məbləğində vəsait 19 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.