Yeni nazir vətəndaşları qəbul etdi
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 25-də Cəlilabad Olimpiya İdman Kompleksində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, 60-a yaxın vətəndaş nazirə müraciət edib. Bu müraciətlərdə sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, abadlıq işlərinin genişləndirilməsi, kənd məktəbinin təmiri, sosial və digər məsələlər üstünlük təşkil edib.
Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən Ş.Mustafayev onların operativ həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və aidiyyəti qurumlara çatdırılması məqsədilə qeydiyyata alınıb.