Manat bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 22-si ilə müqayisədə ucuzlaşaraq 1,6292 manat olub.

 

Avro da manat qarşısında dəyər itirib. Avrozonanın vahid valyutası zəifləyərək 1,8241 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1248 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.


Rusiya rublu və Gürcüstan larisi zəifləyib, Türkiyə lirəsi isə bahalaşıb. Hazırda 1000 rus rublu 25 manat 50 qəpik, 100 gürcü larisi 70 manat 38 qəpik, Türkiyə lirəsi 55 manat 31 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.


 

Müəllif | Apa.Tv
Apa.tv