Vergilər naziri İsmayıllıda olub

Vergilər naziri Fazil Məmmədov oktyabrın 25-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından 50-dən artıq vətəndaş iştirak edib. Nazirin qəbuluna gələn vətəndaşlar əsasən vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı fikirlərini çatdırıb, onları narahat edən məsələlərin həllinə kömək göstərilməsini xahiş ediblər. Nazir müraciətləri dinləyib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Digər müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov