Beynəlxalq agentlik: FES yanlış addım atdı, ciddi risklər yarana bilər
"ABŞ-nı Federal Ehtiyatlar Sistemi (FES) əlinə düşdüyü fürsətdən istifadə etməməklə, yəni uçot dərəcəsini artırmamaqla yanlış addım atdı".
"APA-Economics" xəbər verir ki, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin baş iqtisadçısı Mark Zandi deyib.
Onun sözlərinə görə, FES sentyabrda faiz dərəcələrini artırmamaqla böyük risk edib: "Dekabra qədər gözləməklə FES inflyasiyanın 2 faizədək artacağından əmin olmaq istəyib və bu addım məntiqli sayıla bilər. Lakin o vaxta qədər ciddi risklər yarana bilər".