Salyanda bankomatdan 155 min manat oğurlandı
Salyan rayonunda bankomatdan oğurluq olub.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Sarvan kəndində baş verib.
Naməlum şəxslər banklardan birinin bankomatından 155 min manat oğurlayıblar. Bankomatın qaynaqla kəsildiyi bildirilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.