Daxili Qoşunların ZABİTİ qəza törətdi
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Quba rayonun Vladimirovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinin zabiti 24 yaşlı Səmiyev Məhəmməd Etibar oğlunun idarə etdiyi “Mersedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hərbi qulluqçunun vəziyyəti orta ağırdır.
Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.