Türkiyədə terrorçular kənd qoruyucusunu qətlə yetirdi
Türkiyənin Şırnak vilayətindəki postlardan birində növbə dəyişikliyi zamanı PKK silahlıları posta hücum edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hücum nəticəsində kənd qoruyucularından biri şəhid olub.
Bundan sonra əraziyə əlavə qüvvələr cəlb olunub, əməliyyatlara başlanılıb. Bölgədən verilən xəbərlərdə əməliyyatların davam etdiyi qeyd olunub.