Göygöldə toy karvanı qəzaya uğradı: 1 ölü, 7 yaralı
Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan "VAZ-2107” markalı avtomobillə “Niva” markalı avtomobil toqquşub.
APA TV-nin qərb bürosunun məlumatına görə, qəza zamanı “VAZ-2107” markalı avtomobilin sərnişini, 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.
Avtomobildə olan digər sərnişinlər - 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “VAZ-2107” markalı avtomobilin sürücüsü Abdullayev İntiqam qəza zamanı xəsarət almayıb. “Niva” markalı avtomobilin sərnişinləri - 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən 1983-cü il təvəllüdlü sürücü Bağırov Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.