ABŞ-da 5 nəfəri öldürən şəxsin kimliyi məlumdur
Dünən Vaşinqton ştatının Berlinqton şəhərindəki “Cascade Mall” ticarət mərkəzində atəş açaraq 5 nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb.
APA TV-nin Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, polis həmin şəxsin Türkiyə əsilli, 20 yaşlı Arcan Çetin olduğunu açıqlayıb.
Vaşinqton ABŞ-da edam cəzasının qüvvədə olduğu ştatlardan biridir. 5 nəfəri öldürən A.Çetin barədə edam qərarı veriləcəyi gözlənilir.